• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Başına torba keçirilən ABŞ hərbçisidir? - Rəsmi açıqlama

DÜNYA

02 Sentyabr 2024 | 21:42 | Müəllif: Subhan Mahmudov

Başına torba keçirilən ABŞ hərbçisidir? - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, Türkiyə Gənclər Birliyinin (TGB) üzvləri İzmirdə amerikalı hərbçinin başına torba keçiriblər və bu olay videolentə alınıb.

Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı İzmir valiliyi məlumat yayıb.

Bildirilib ki, Konak ilçəsinin Kipr Şəhidləri küçəsində TGB üzvü olan 13 kişi və 2 qadın mülki geyimdə olan iki amerikalı hərbçiyə zor tətbiq edərək hücum ediblər.

Belə ki, Həmçinin mülki geyimdə olan digər 5 amerikalı hərbçi də davada iştirak edib. Polis əməkdaşları dərhal olaya müdaxilə edib.

Hadisədə iştirak edən 15 şübhəli yaxalanıb və müvəqqəti saxlanma mərkəzinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026