• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

İran XİN-ə yeni mətbuat katibi təyin edildi

DÜNYA

02 Oktyabr 2024 | 19:31 | Müəllif: Subhan Mahmudov

İran XİN-ə yeni mətbuat katibi təyin edildi

İran xarici işlər naziri Abbas Araqçi İsmayıl Bəqayini Nazirliyin İctimai Diplomatiya Mərkəzinin rəhbəri və sözçüsü vəzifəsinə təyin edib.

Bakıvaxtı.az bildirir ki, bu barədə İran XİN məlumat yayıb.

Bildirilib ki, Bəqayi bundan əvvəl xarici işlər nazirinin köməkçisi vəzifəsində çalışıb.

O, həmçinin İranın BMT-nin Cenevrə bölməsindəki səfiri və daimi nümayəndəsi, XİN-in hüquq şöbəsinin müdiri, ölkəsinin BMT-dəki nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.

Qeyd edək ki, bundan əvvəl sözügedən vəzifəyə Naser Kənani rəhbərlik edirdi./apa


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026