ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinin Ukraynanı müzakirə etmək təklifini çətin ki, qəbul etsin.
Bakıvaxtı.az bu barədə Amerika Universitetinin Nüvə Tədqiqatları İnstitutunun direktoru Piter Kuznik bildirib.
“TASS”ın təşkil etdiyi beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Putinin söylədiyi fikirləri şərh edən Kuznik deyib:
"Putin danışıqlara hazır olduğunu söylədi. Çox güman ki, Bayden noyabrda keçiriləcək seçkilərdən sonra bu təklifi qəbul etməyəcək. O, zəif görünməkdən qorxur. Güclü və qətiyyətli olduğunu göstərmək istəyir ki, Tramp yaşından ona qarşı istifadə etməsin”.
"Təhlükə ondan ibarətdir ki, əgər biz Ukraynadakı vəziyyəti azaltmasaq, noyabra qədər buna nail ola bilməyəcəyik. Tramp keçmişdə NATO-nu tənqid edirdi, amma indi əksər NATO ölkələri hərbi büdcələrini artırıblarsa, Tramp bunun üçün NATO ilə razılaşacaq”, - deyə ekspert əlavə edib.
Günel Abbas










jpg-1720242843.webp)
jpg-1720242483.webp)




