• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Baydenlə Makron Əfqanıstandakı vəziyyəti müzakirə etdi

DÜNYA

20 Avqust 2021 | 09:17

Baydenlə Makron Əfqanıstandakı vəziyyəti müzakirə etdi

ABŞ və Fransa prezidentləri Co Bayden və Emmanuel Makron telefon danışığında Əfqanıstandakı vəziyyəti, o cümlədən Kabil hava limanından insanların təxliyyə prosesini müzakirə ediblər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti bildirib.

“Onlar müttəfiqlər və Əfqanıstan üzrə demokratik tərəfdaşlar arasında sıx əlaqələndirmənin davam etdirilməsinin vacibliyini vurğuladılar, o cümlədən <...> humanitar yardım və qaçqınlara dəstək məsələləri üzrə”, - məlumatda deyilir.

Onlar, həmçinin gələn həftə Əfqanıstanla bağlı “G7” qrupunun virtual sammitinin keçirilməsi planlarını alqışlayıblar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR