• Bakı 10° C

    5.63 m/s

  • USD - 1.7

    EUR - 1.8731

    RUB - 2.0649

BƏƏ vasitəçilik etdi, Rusiya 248 əsiri geri aldı

DÜNYA

03 Yanvar 2024 | 21:39 | Müəllif: Subhan Mahmudov

BƏƏ vasitəçilik etdi, Rusiya 248 əsiri geri aldı

BƏƏ-nin vasitəçiliyi sayəsində 248 rusiyalı hərbçi Ukrayna əsirliyindən geri qaytarılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Yanvarın 3-də Kiyev rejiminin nəzarətində olan ərazi ilə aparılan mürəkkəb danışıqlar prosesi nəticəsində 248 rusiyalı hərbi qulluqçu geri qaytarılıb. Rusiya hərbçilərinin əsirlikdən qayıtması Birləşmiş Ərəb Əmirliyinin humanitar vasitəçiliyi sayəsində mümkün olub”, - Müdafiə Nazirliyi bildirib.

Qeyd olunur ki, azad edilən bütün Rusiya hərbçiləri lazımi tibbi və psixoloji yardım alırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR