“BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) Qəzza zolağında soyqırımın qarşısını almaq üçün İsrailin bütün lazımi tədbirləri görməsinə qərar verib”.
Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu məhkəmənin sədri Coan Donohyu CAR-ın İsrailə qarşı qaldırdığı “soyrımı” iddiası ilə bağlı BƏM-in qərarını açıqlayarkən deyib.
“İsrail soyqırımı barədə konvensiyaya daxil olan hər bir fəaliyyətlərin qarşısını almaq üçün bütün lazımi tədbirləri görməlidir”, - deyə sədr qeyd edib.
“The New York Times”ın yazdığına görə isə, İsrail, həmçinin Qəzza zolağında daha çox humanitar yardımın çatdırılmasına icazə verməlidir.
















