• Bakı 9° C

    10.13 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Beş ölkənin paytaxtı dəyişəcək

DÜNYA

05 May 2022 | 18:25 | Müəllif: Subhan Mahmudov

Beş ölkənin paytaxtı dəyişəcək

Ümumi əhalisi 430 milyon olan beş ölkə paytaxtlarını köçürməyə hazırlaşır.

Bunlar Cənubi Koreya, İndoneziya, Misir, Monserrat adası və Ekvatorial Qvineyadır. Onların paytaxtlarının köçürülməsi qərarı siyasi və ya hərbi səbəblərə əsaslanmır.

Bakıvaxtı.az oxu.az-a istinadən xəbər verir ki, sözügedən beş ölkədən yalnız Monserratın paytaxtı bu gün ruhlar şəhəri vəziyyətindədir, digər dörd ölkənin paytaxtlarında isə ölkə əhalisinin əhəmiyyətli bir hissəsi yaşayır.

Yaxın keçmişdə Qazaxıstan, Pakistan, Braziliya, Malayziya, Nigeriya və Myanma kimi bir çox ölkə siyasi proseslərdən sonra paytaxtlarını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

14 Noyabr 2026