• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Beşiktaş"lı "Sabah"a qarşı oynamayacaq

İDMAN

10 May 2023 | 17:27

"Beşiktaş"lı "Sabah"a qarşı oynamayacaq

Türkiyə "Beşiktaş"ının futbolçusu Raşid Gezzal Bakıda "Sabah"a qarşı keçiriləcək xeyriyyə oyununu buraxacaq.

Bakıvaxtı.az xəbər verir ki, əlcəzairli hücumameylli yarımmüdafiəçi zədəsini sağaltsa da, hələlik komanda ilə məşqlərə başlamayıb.

İstanbul təmsilçisinin baş məşqçisi Şenol Güneş oynamağa hazır olmayan 31 yaşlı vingeri Azərbaycana gətirməyi planlaşdırmır.

Təcrübəli oyunçu ən yaxşı halda mayın 21-də səfərdə "Adana Demirspor"la keçiriləcək Superliqanın XXXV tur matçında meydana çıxa bilər.

Qeyd edək ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq "Sabah" - "Beşiktaş" görüşü saat 18:00-da başlayacaq. Qarşılaşmadan əldə ediləcək bütün gəlir Türkiyədə zəlzələdən zərər görmüş insanlara göndəriləcək.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026