• Bakı 11° C

    3.98 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib

CƏMİYYƏT

26 Oktyabr 2024 | 16:40 | Müəllif: Əli Hüseynov

Beynəlxalq səyyahlardan ibarət qrup Ağdama gəlib

33 beynəlxalq səyyahdan ibarət qrup Ağdamı ziyarət edib.

Bakıvaxtı.az-ın müxbiri xəbər verir ki, turistlər işğal dövründə Ermənistanın şəhərdə törətdiyi dağıntılar, eləcə də hazırda aparılan tikinti-bərpa işləri ilə tanış olublar.

Qonaqlar bərpa edilmiş Ağdam məscidində, Çörək muzeyi, Dram Teatrının xarabalıqlarında və Şəhidlər xiyabanında olublar.

Ekskursiya zamanı səyyahlara şəhərin işğaldan əvvəlki tarixi fotoşəkilləri təqdim olunub.

Qeyd edək ki, "Piki Reels" səyyah klubunun təşkil etdiyi səfər çərçivəsində 12 ölkədən - ABŞ, Avstraliya, Belçika, Böyük Britaniya, İsrail, Kolumbiya, Niderland və digər ölkələrdən bir qrup səyyah Qarabağ və Şərqi Zəngəzura gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026