• Bakı 10° C

    7.37 m/s

  • USD - 1.7

    EUR - 1.7814

    RUB - 1.629

Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib

CƏMİYYƏT

25 Noyabr 2024 | 16:08

Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidməti taktiki-xüsusi təlim keçirib

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyinin Mülki müdafiə alayı və Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxs heyətinin iştirakı ilə keçirilən təlimin məqsədi xilasedicilərin peşəkarlığının artırılması, axtarış-xilasetmə qayda və üsullarını məşq etdirməkdən ibarət olub.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, təlimin planına uyğun olaraq “112” qaynar telefon xəttinə şərti olaraq “zəlzələ baş verməsi, köhnə tikililərin və kommunikasiya xətlərinin dağıntılara və digər fəsadlara məruz qalması barədə” məlumat daxil olub.

    “Məlumat”la əlaqədar müvafiq xilasetmə qüvvələri dərhal hazırlıq vəziyyətinə gətirilərək “hadisə zonasına yürüşü” təşkil edilib, həyata keçirilən operativ tədbirlər sayəsində “həyati təhlükə ilə üzləşmiş vətəndaşlar” xilas ediliblər. Təlimdə idarəetmə və qarşılıqlı fəaliyyət təşkil olunub, mühəndis kəşfiyyatı aparılıb, obyektlərdə baş verən “yanğınlar” söndürülüb, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılıb, kimyəvi zəhərlənmə ocaqlarında fəaliyyət aparılıb, zərərçəkənlərə “ilk tibbi yardım” göstərilib və təxliyyəsi həyata keçirilib.

    Təlim zamanı diqqət əməkdaşların baş verən fövqəladə hal zamanı vəziyyətin çevik təhlili, operativ qərarvermə, qəza-xilasetmə qüvvələrinin koordinasiyası və tətbiqi üzrə təcrübələrinin təkmilləşdirilməsinə yönəldilib.

    Uğurla keçirilən təlimdən sonra nəticələr müzakirə edilib, müvafiq tapşırıqlar verilib.


    SON XƏBƏRLƏR