• Bakı 24° C

    0.94 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.3231

Bill Qeyts ifadə verəcək - "Epşteyn işi" böyüyür

DÜNYA

10 Iyun 2026 | 16:56

Bill Qeyts ifadə verəcək - Epşteyn işi böyüyür

"Microsoft"un həmtəsisçisi Bill Qeyts cinsi cinayətkar Ceffri Epşteynlə keçmiş əlaqələrinə dair araşdırmalar çərçivəsində ABŞ Nümayəndələr Palatasının komitəsi qarşısında ifadə verəcək.

Bakıvaxtı.az "Haberglobal" istinadla xəbər verir ki, qapalı qapılar arxasında keçiriləcək bu dinləmədə qanunvericilər milyarderi dərc olunmuş Epşteyn sənədlərindəki qeydlər və fotoşəkillərlə bağlı sorğu-sual edəcəklər.

Mövzu ilə bağlı açıqlama verən Qeytsin sözçüsü, onun heç bir qanunsuz fəaliyyətdə iştirak etmədiyini və komitənin suallarını məmnuniyyətlə cavablandıracağını bildirib. Komitə sədri Ceyms Komer bu ifadəni Ədliyyə Nazirliyinin cari ilin əvvəlində Epşteynlə bağlı milyonlarla sənədi ictimaiyyətə açıqlamasından sonra tələb edib.

Epşteynlə görüşməyini böyük bir səhv və "axmaqlıq" adlandıran Qeyts, heç bir rəsmi ittihamla üzləşməsə də, bu münasibətlərə görə dəfələrlə təəssüfünü ifadə edib.

Murad İsmayıl


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR