• Bakı 11° C

    3.38 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bir günlük tətil Fransaya 1.5 milyarda başa gələcək

DÜNYA

06 Mart 2023 | 19:36 | Müəllif: Subhan Mahmudov

Bir günlük tətil Fransaya 1.5 milyarda başa gələcək

Martın 7-də Fransada keçiriləcək bir günlük ümummilli tətil ölkəyə 1,5 milyard avroya başa gələcək.

Bakıvaxtı.az xəbər verir ki, bunu Fransa Kiçik və Orta Müəssisələr Konfederasiyasının baş katibi Jan-Ed dü Mesnil deyib.

"Çərşənbə axşamı pensiya islahatına qarşı keçiriləcək bir günlük tətil Fransaya 1,5 milyard avroya başa gələcək", - Mesnil bildirib.

Qeyd edək ki, fevral ayında Fransa Həmkarlar İttifaqları martın 7-də milli tətil elan edərək, hökumətin pensiya islahatı layihəsini nəzərdən keçirməyəcəyi təqdirdə ölkəni bloklamağa çağırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026