• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Birinci sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı

CƏMİYYƏT

26 Avqust 2022 | 18:06 | Müəllif: Subhan Mahmudov

Birinci sinfə qəbulla bağlı müraciətlərin sayı açıqlandı

Avqustun 26-na (saat 17:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 45 930 uşaq üçün elektron sistem vasitəsilə müraciət edilib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Bakıvaxtı.az-a verilən məlumata görə, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı valideynlər tərəfindən ünvanlanan 8 124 elektron müraciət operativ şəkildə cavablandırılıb. Daxil olan müraciətlərdən 1 549-i məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzlərində, 1 258-i onlayn Alternativ qeydiyyat mərkəzlərində (“WhatsApp”müraciətləri), 5 317-i sistemin “Əlaqə” bölməsində cavablandırılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026