• Bakı 9° C

    10.82 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

"Bitcoin"in dəyəri dördaylıq maksimuma çatıb

İQTİSADİYYAT

11 Oktyabr 2021 | 11:32

"Bitcoin"in dəyəri dördaylıq maksimuma çatıb

Bu gün Bakı vaxtı ilə saat 10:40-da birjalarda dünyanın ən populyar kriptovalyutası sayılan "Bitcoin"nin dəyəri 59,6 min ABŞ dolları təşkil edib ki, bu da son dörd ayda qeydə alınmış ən yüksək göstəricidir.

Bakıvaxtı.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, son sutka ərzində sözügedən kriptovalyuta 2% bahalaşıb. "CoinGecko" resursunun məlumatına görə, hazırda "Bitcoin"in kapitallaşması 1,07 trln. dollar, günlük ticarət həcmi isə 40 mlrd. dollar səviyyəsindədir.

Qeyd edək ki, "Bitcoin"in tarixi maksimumu cari ilin aprelində qeydə alınmışdı – 64,9 min dollar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026