• Bakı 9° C

    8.29 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

BMT-nin Baş katibi çağırış etdi

DÜNYA

20 Sentyabr 2021 | 00:27 | Müəllif: Subhan Mahmudov

BMT-nin Baş katibi çağırış etdi

“ABŞ və Çin arasında kəskinləşən fikir ayrılığı dünya üçün təhlükəlidir. Onları yeni “soyuq müharibə”dən qaçmağa çağırırıq”.

Bakıvaxtı.az xəbər verir ki, bunu BMT-nin Baş katibi Antonio Quterreş CNN-ə müsahibəsində deyib.

“Hesab edirəm ki, biz tam qarşıdurmada olan iki ölkəyə tərəf irəliləyirik və yaranan vəziyyət dünya üçün təhlükəlidir”, - deyə BMT-nin baş katibi bildirib.

Onun sözlərinə görə, dünya iqtisadiyyatının ikiləşməsi və münaqişə edən hərbi doktrinaların meydana gəlməsi ehtimalından tutmuş, süni intellektin inkişafının müxtəlif strategiyalarına qədər çoxlu risklər var.

“Mən hesab edirəm ki, yeni “soyuq müharibə”dən qaçmaq lazımdır, çünki köhnə “soyuq müharibə”ni idarə etmək asan idi. İndi hər şey mürəkkəbdir”, - deyə Quterreş əlavə edib.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026
14 Noyabr 2026