• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BMT-nin İsraillə bağlı qətnaməsi: İlk dəfə mövqe tutacaq

DÜNYA

03 Aprel 2024 | 17:56

BMT-nin İsraillə bağlı qətnaməsi: İlk dəfə mövqe tutacaq

BMT-nin İnsan Haqları Şurası cümə günü İsrailə silah embarqosu tətbiq etməyə çağıran qətnamə layihəsinə baxacaq.

Bakıvaxtı.az bu barədə “Al Jazerra”ya istinadla xəbər verir.

Qətnamə layihəsi qəbul olunarsa, bu, Birləşmiş Millətlər Təşkilatının ali hüquq qurumunun Qəzzada gedən müharibə ilə bağlı ilk dəfə mövqe tutması olacaq.

Səkkiz səhifəlik layihəİsraildən Fələstin ərazisinin işğalına son qoymağı və Qəzza zolağındakı“qanunsuz blokadanı” dərhal aradan qaldırmağı tələb edir.

O, ölkələri İsrailə silah, sursat və digər hərbi texnikanın satışını və ya təhvil verilməsini dayandırmağa çağırır, bunu “Qəzzada soyqırım riskinin ağlabatan olduğunu”əsas gətirir.

Layihədə həmçinin “müharibəüsulu kimi mülki əhalinin aclıqdan öldürülməsi pislənilir”, dərhal atəşkəsəçağırılır və“İsrailin etnik təmizləməyə bərabər hərəkətləri pislənir”.

Qətnamə layihəsi Albaniya istisna olmaqla, İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv olan 56 BMT-yəüzv dövlətdən 55-i adından Pakistan tərəfindən irəli sürülüb.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026