• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

BNA-nın meriyaya verilməsi nəyi dəyişəcək?

CƏMİYYƏT

07 Fevral 2022 | 16:14 | Müəllif: Qalib İbrahimoğlu

BNA-nın meriyaya verilməsi nəyi dəyişəcək?

“Bakı Nəqliyyat Agentliyi indiyədək reallaşdıra bilmədiyi bir çox səlahiyyətləri, xüsusilə də parklama ilə bağlı səlahiyyətləri tezliklə əldə edə biləcək. Güman etmək olar ki, qısa zamanda Nazirlər Kabineti parklama ilə bağlı tarifləri nəhayət ki, təsdiqləyəcək”.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz  BNA-nın Bakı Şəhər  İcra Hakimiyyətinin, NİİM-in isə Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, BNA-nın əsas konfliktləri, maraq toqquşmaları əsasən Bakı meriyası və Bakı şəhər Dövlət Yol Polisi ilə olurdu: “Son illərdə svetoforlar da DYP-dən alınıb BNA-ya verilmişdi. Düşünmək olar ki, yeni fərmandan sonra bu problemlər, maraq toqquşmaları aradan qalxacaq”.

O.Gündüz hesab edir ki, qısa zamanda Nazirlər Kabineti parklama ilə bağlı tarifləri təsdiqləyəcək: “Hansı ki, BNA uzun müddət idi bu tariflərin NK-ya təqdim edildiyini bildirirdi, lakin təsdiqlənmədiyindən səlahiyyətini icra edə bilmirdi. Güman ki, BNA-nın tənzimləyici rolu güclənəcək.Yəni, nəqliyyat axınının intellektual tənzimlənməsi, ağıllı svetoforlar, trafikin idarəedilməsi və s. BNA tərəfindən hazırlanacaq”.

O, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi isə daha çox icraedici rola malik olacağını güman edir: “NİİM-in daşı həmişə ağır olub. 2007-ci ildən bünövrəsi qoyulub, 2011-ci ildə istifadəyə verilən bu layihə uzun müddət qarşıya qoyulan vəzfələri yerinə tyetriə bilməyib. 2015-ci ildə BNA-ya təhvil verilib. BNA da uzun müddət bunu balansa ala bilməyib, hətta xatırlayıram ki, bununla bağlı 2017-ci ildə Prezidentə də müraciət etmişdi. Azərbaycanın ən uğursuz İT layihəsi olan, qarşıya qoyulan vəzifələri yerinə yetirə bilməyən, sabiq nazir Ziya Məmmədovun 130 milyon sərf edərək iflasa uğratdığı NİİM-in rolunun güclənəcəyini proqnozlaşdrımaq olar”.

O.Gündüz deyir ki, son illərdə BNA Nəqliyyatın İntellektual İdarəetmə sistemini yenidən qurmağa , dirçəltməyə cəhdlər edirdi, sistemi quran Cənubi Koreya şirkətindən əl çəkərək Yaponiya şirkətləri ilə əməkdaşlıq çərçivəsində müəyyən innovativ həllər hazırlamağa başlamışdı: “Bildiyim qədər dayanacaqlarda istifadəsiz qalan, bir çox yerlərdə dağılan yüzlərlə bahalı monitorları əvəz edəcək mobil tətbiq üzərində işlər gedirdi.  NİİM ciddi problemləri həll edib başa çatdıra bilməmişdi. Xüsusilə də Prezidentin qəbul etdiyi fərmanlara görə svetoforlar NİİM vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməliyidi. İndiyədək yalnız çox az sayda svetofor bu formada idarə olunurdu” deyən AİF prezidenti ümid edir ki, DYP resurslarından istifadə etməklə bu məsələni daha sürətli və effektiv qaydada reallaşdırmaq mümkün olacaq.

Onun sözlərinə görə, Bakı şəhər İcra Hkaimiyyətində innovasiyalar və texnologiyalarla bağlı hansısa ənənənin, inkişafın olduğunu demək mükün deyil: “Ən azı rəsmi saytlarından və uşaq bağçaları ilə bağlı təcrübələrindən bunu görmüşük. Amma DİN-də İT komanda yetərincə güclü olduğundan düşünmək olar ki , NİİM-lə bağlı işlərdə də innovasiyalar və texnologiyarın tətbiqi sürətlənə bilər Nəqliyyat axınının tənzimlənməsinin polisə verilməsinin doğru olmayacağı qənaətindəyəm. Bu səlahiytəin BNA-da olması doğru olardı. Düşünmək olar ki, nəqliyyat axınını tənzimləmək üçün DİN yalnız BNA kameralarından deyil, sayı hədsiz çox olan, bütün şəhər üzrə video müşahidə sisteminə malik olan özünün videomüşahidə infrastrukturundan da effektiv istifadə edəcək”.

Hazırda ən ciddi tələbat olan məslələrdən biri SMS məlumatlandırma ilə tıxac vəziyyətdən çıxış, alternativlər təqdim etmək, sürücülərin effektiv məlumatlandırılmasını təşkil etmək, bu məqsədlə mobil texnologiyalardan istiafdə etməkdir: “Ümid edirəm ki. tezliklə bu problem öz həllini tapa biləcək. Dayanma və durmanın qadağan edildiyi yerlərdə elektron protokolların tərtib edilməsi prosesinin daha da sərtləşəcəyini gözləmək olar.  Düşünürəm ki, indiki mərhələdə ən vacib məsələ nəqliyyat axınının intellektual idarə edilməsi ilə bağlı yeni yanaşmaların, yeni konsepsiyanın ortaya qoyulması olmalıdır”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR