• Bakı 11° C

    0.75 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

BNA yollarda təhlükəsizlik tumbaların quraşdırılmasını davam etdirir

CƏMİYYƏT

06 May 2021 | 10:25

BNA yollarda təhlükəsizlik tumbaların quraşdırılmasını davam etdirir

 

Paytaxt yollarında hərəkətin təhlükəsizlik səviyyəsinin artırılması ilə bağlı ölkə başçısının müvafiq tapşırığına uyğun olaraq Bakıda 139 küçədə təhlükəsizlik tumbaları quraşdırılıb.

Bakivaxti.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Məlumatda bildirilir ki, tumbalar əsasən qəza riski yüksək olan yollarda və yol kəsişmələrində quraşdırılır: "Paytaxtın digər ərazilərində də təhlükəsizlik tumbaların quraşdırılması istiqamətində tədbirlər davam etdirilir. BNA-nın yollarda quraşdırdığı təhlükəsizlik tumbası baş verən qəza zamanı səkidəki uşaqların həyatını xilas edib. Qəza zamanı idarəetmədən çıxan avtombil səkiyə doğru hərəkət etsə də tumbaya dəyərək dayanır. Nəticədə səkidəki uşaqlar zərbədən xilas olur”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026