Gürcüstan Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasında son dərəcə maraqlıdır.
Bakıvaxtı.az xəbər verir ki, bunu İrəvanda səfərdə olan Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bəyan edib.
O bildirib ki, bu da şübhəsiz, regionun inkişafına və mövcud potensialdan tam istifadəyə şərait yaradacaq.
"Ümid edirik ki, Ermənistan və Azərbaycan arasında davam edən normallaşma prosesi hər iki tərəf üçün məqbul olan nəticə ilə başa çatacaq. Bu da regionda davamlı sülhün təmin edilməsinə zəmin yaradacaq. Gürcüstan regional əməkdaşlığın inkişafına töhfə verməyə həmişə hazırdır, fikrimizcə, bu, sabitliyə töhfə verəcək və hamı üçün faydalı olacaq", - o qeyd edib.