• Bakı 16° C

    10.1 m/s

  • USD - 1.7

    EUR - 1.9733

    RUB - 2.0876

BQXK ilin birinci yarısında 33 başçəkmə həyata keçirib

SİYASƏT

06 Dekabr 2024 | 09:46

BQXK ilin birinci yarısında 33 başçəkmə həyata keçirib

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) bu ilin yanvar-iyun ayları ərzində 11 saxlama məntəqəsində 33 başçəkmə həyata keçirib.

Bakıvaxtı.az xəbər verir ki, başçəkmələr məhbusların saxlanılma şəraitini, onlarla rəftarı qiymətləndirmək və ailə əlaqələrinə dəstək göstərmək üçün olub.

Bundan başqa BQXK əməkdaşları tərəfindən yanvar-iyun ayları ərzində 1127 itkin ailəsi ziyarət edilib və onlardan 53-nə təməl psixososial dəstək göstərilib:

"Eyniləşdirmə xəbəri almış yaxınlarının yas mərasimləri zamanı sirdaşlar tərəfindən 357 dəfə ziyarət həyata keçirilib. Bununla yanaşı, 90 itkin ailəsi üzvünün anım mərasimində iştirak edib. 28 sirdaş ikigünlük rüblük təlimdə iştirak edərək itkin düşmüş şəxslərlə bağlı məsələlərdə kömək etmək və itkin ailələrinə dəstək olmaq bacarıqlarını artırıb".


SON XƏBƏRLƏR

26 Oktyabr 2025
25 Oktyabr 2025