• Bakı 14° C

    6.24 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bred Pittin gizli siyahısı üzə çıxdı

MƏDƏNİYYƏT

09 Avqust 2022 | 00:23 | Müəllif: Qalib İbrahimoğlu

Bred Pittin gizli siyahısı üzə çıxdı

Britaniyalı aktyor və “Qızıl Qlobus” mükafatı laureatı Aaron Teylor-Conson həmkarı Bred Pittin gizli siyahısından danışıb.

Bakıvaxtı.az-ın məlumatına görə, Teylor-Conson bildirib ki, Pitt eyni filmdə çəkilmək istəmədiyi sənətçilərin adını bu siyahıya daxil edib.

Pittlə birlikdə yeni “Güllədən daha sürətli” filmində rol alan Teylor-Conson etiraf edib ki, aktyorlar müxtəlif sənətçiləri qiymətləndirən qeydlər aparırlar.

“Bir çox aktyorla işləyəndə bir müddət sonra “Mən bir daha bu adamla heç vaxt işləməyəcəyəm” üslubunda özünüz üçün qeydlər aparmağa başlayırsınız. Pittin də oxşar siyahısı var: Yaxşı və pis aktyorların siyahısı”, - deyə o bildirib(oxu.az)

“Qızıl Qlobus”un qalibi Pittin özünü sevdiyi insanlarla əhatə etməyə meylli olduğunu qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR