• Bakı 7° C

    4.26 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Brilliant Lalədən incikliyinin SƏBƏBİNİ AÇIQLADI: "Mənim kimi..."

MƏDƏNİYYƏT

17 May 2022 | 16:48 | Müəllif: Qalib İbrahimoğlu

Brilliant Lalədən incikliyinin SƏBƏBİNİ AÇIQLADI: "Mənim kimi..."

Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Lalə Məmmədovadan incikliyinin səbəbini açıqlayıb.

"Şourum"da qonaq olan B.Dadaşova deyib ki, L.Məmmədova ilə inciklyinin səbəbi Əməkdar artistin onu təkrarlayıb, bunu etiraf etməməsidir.

"Bəzi insanlar ona sual verirlər, o isə gözləyir ki, mən ondan danışım. Səndən soruşurlar ki, kimə qulaq asırsan? Demir, Brillianta qulaq asmışam. Desəydin, indi sən haqda danışmağa mənə səlahiyyət vermiş olardın".

Xalq artisti deyib ki, savadı olan, məntiqli insan bunu anlayır. Dadaşova bildirib ki, özünü məntiqli insan hesab etdiyi üçün Məmmədova haqqında danışmır.

"Onunla tanış deyiləm ki, küsüm. Bir insanla küsmək üçün tanış olmalısan. Görürəm ki, mənim kimi oxumağa çalışır. Çətindir, amma bacarır. Ondan soruşurlar, kimi dinləyib, sevirsən? O da başqa müğənni adı çəkib. Niyə onu müdafiə edim?", - deyə Brilliant Dadaşova əlavə edib.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR