• Bakı 16° C

    2.95 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqlədi

DÜNYA

16 Avqust 2022 | 01:10

Britaniya iki növ koronavirusa qarşı peyvəndi təsdiqlədi

Britaniya COVID-19-un həm orijinal ştamı, həm də “Omicron” variantına qarşı vaksini təsdiqləyən ilk ölkə oldu.

Bakıvaxtı.az xəbər verir ki, “Moderna” vaksini Böyük Britaniyanın Dərman vasitələri və tibbi məhsullar üzrə Agentliyi tərəfindən təsdiqlənib. Vaksinin təhlükəsizlik, keyfiyyət və effektivlik standartlarına cavab verdiyi məlum olub.  

“Spikevax bivalent Original/Omicron” kimi tanınan buster dozanın tərkibində 25 mikroqram “Omicron” vaksini və 25 mikroqram orijinal COVID-19 vaksini var.

İki ştama qarşı effektli olan vaksin ikivalentli olaraq təsnifatlandırılır.

Bildirilir ki, Vaksinləşdirmə və İmmunlaşdırma üzrə Birgə Komitə vaksinlə bağlı məsləhətlər verəcək.

Vaksin həmçinin təsdiq üçün Avstraliya, Kanada və Aİ-nin tənzimləyici orqanlarına təqdim edilib.

Aİ-nin vaksini sentyabr ayına qədər təsdiq edəcəyi gözlənilir./oxu.az/


SON XƏBƏRLƏR

26 Aprel 2024