• Bakı 13° C

    6.54 m/s

  • USD - 1.7

    EUR - 2.0004

    RUB - 2.232

Bu bürclərlə dostluq etməyin – Uzaq durmalısınız

CƏMİYYƏT

15 Aprel 2026 | 09:50

Bu bürclərlə dostluq etməyin – Uzaq durmalısınız

Astroloji şərhlərə görə bəzi bürclərlə dostluq qurmaq ilk baxışda asan görünsə də, zamanla onların çətin xüsusiyyətləri münasibətləri yorucu hala gətirə bilər.

Bakıvaxtı.az xəbər verir ki, xüsusilə bir sıra bürclərlə dostluq edərkən diqqətli olmaq tövsiyə olunur.

Əqrəb bürcü
Sirli və emosional olan Əqrəblər güvən məsələsində çox həssasdır. Onlara bir dəfə xəyanət etdiyinizi düşünsələr, bunu uzun müddət unutmazlar. Qısqanclıq və nəzarət istəyi dostluqda gərginlik yarada bilər.

Qoç bürcü
Qoçlar enerjili və lider ruhlu olsa da, tez əsəbiləşə bilirlər. Tələskən qərarlar və sərt reaksiyalar dostluqda anlaşılmazlıqlara səbəb ola bilər.

Qız bürcü
Detallara həddindən artıq diqqət edən Qız bürcü bəzən çox tənqidçi ola bilir. Onların hər şeyi düzəltmək istəyi qarşı tərəfi narahat edə bilər.

Dolça bürcü
Azad ruhlu Dolçalar bəzən emosional məsafə saxlayır. Bu da yaxın dostluqlarda soyuqluq hissi yarada bilər.

Aynur Babazadə


SON XƏBƏRLƏR

14 Aprel 2026