• Bakı 12° C

    6.04 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Bu gün millimiz İrlandiyanı qəbul edəcək

İDMAN

09 Oktyabr 2021 | 10:41 | Müəllif: Subhan Mahmudov

Bu gün millimiz İrlandiyanı qəbul edəcək

Futbol üzrə Azərbaycan millisi bu gün 2022-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Bakıvaxtı.az xəbər verir ki, Canni De Byazinin baş məşqçi olduğu kollektiv A qrupundakı 6-cı matçında İrlandiya yığmasını qəbul edəcək. Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq. Görüşü Norveçdən olan FIFA referisi Espen Eskas idarə edəcək.

Oyun öncəsi Azərbaycan millisində yeganə itki Bəhlul Mustafazadədir. "Qarabağ"ın müdafiəçisi zədəli olduğu üçün heyətdən çıxarılıb. Qonaqlarda isə Rayan Menninq, Dara O Şi, Şeymus Koulman zədə, Ceyson Molumbi və Alan Braun isə cəza səbəbindən matçı buraxacaqlar.

Bu komandalar arasında Dublində baş tutan ilk oyun 1:1 hesabı ilə yekunlaşıb. Hazırda 1 xalı olan Azərbaycan millisi sonuncu pillədə qərarlaşıb. İrlandiya seçməsi isə 2 xalla 4-cüdür.

DÇ-2022, seçmə mərhələ

VII tur

A qrupu

20:00. Azərbaycan - İrlandiya

Hakimlər: Espen Eskas, Kim Tomas Haqlund, Oystein İtterland, Kay Erik Stin (Norveç)

Bakı Olimpiya Stadionu.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026