• Bakı 10° C

    7.4 m/s

  • USD - 1.7

    EUR - 1.9315

    RUB - 2.042

Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI

CƏMİYYƏT

09 Aprel 2025 | 09:42

Bu il ölümündən sonra orqan bağışlamaq istəyənlərin sayı AÇIQLANDI

2025-ci ilin əvvəlindən bu günə qədər 62 nəfər ölümündən sonra orqan bağışlamaq üçün müraciət edib.

Bakıvaxtı.az Trend-ə istinadən xəbər veir ki, bu barədə Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölümündən sonra orqan bağışlayanların sayında artım müşahidə olunur. Müraciət edənlərin yaşı 18-dən yuxarıdır.

Xatırladaq ki, bir neçə ay əvvəl Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova mətbuat konfransında son iki il ərzində ölümündən sonra donor olmaq istəyənlərin sayının təxminən 100-ə qədər olduğunu qeyd etmişdi./Trend


SON XƏBƏRLƏR