• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu imtahan proqramına dəyişiklik edildi

CƏMİYYƏT

13 Aprel 2022 | 12:14

Bu imtahan proqramına dəyişiklik edildi

Dövlət İmtahan Mərkəzi dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşan namizədlərə müraciət edib.

DİM-dən Bakıvaxtı.az-a verilən xəbərə görə, Dövlət İmtahan Mərkəzi tərəfindən fəaliyyət istiqamətinə daxil olan bütün imtahanların daha obyektiv və şəffaf keçirilməsi məqsədilə imtahanın məzmunun təkmilləşdirilməsi üçün mütəmadi olaraq zəruri tədbirlər həyata keçirilir. Elmi və elmi-texnoloji sahələrdə, həmçinin qanunvericilik sitemində baş verən dəyişikliklər nəzərə alınaraq dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinin də imtahan proqramlarında zəruri dəyişikliklər edilir, test bankı mütəmadi olaraq yenilənir və banka yeni model tapşırıqlar daxil edilir.

Dövlət qulluğuna qəbul üzrə müsabiqənin test imtahanı mərhələsinə hazırlaşanların nəzərinə çatdırılıb ki, yuxarıda qeyd olunanlar nəzərə alınaraq müsabiqənin 2022-ci ilin may ayından etibarən keçirilən test imtahanlarının qanunvericilik üzrə proqramında müəyyən dəyişikliklər (bu dəyişikliklər proqramın qismən sadələşdirilməsi ilə müşaiyət olunur) həyata keçirilib.

Namizədlər yeni proqram ilə buradan tanış ola bilərlər.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026