• Bakı 14° C

    13.2 m/s

  • USD - 1.7

    EUR - 1.8246

    RUB - 0.0185

Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə olacaq

CƏMİYYƏT

24 Aprel 2024 | 15:40

Bu məktəblərdə 1-ci sinfə qəbul müsabiqə yolu ilə olacaq

"Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası, Bülbül adına orta ixtisas musiqi məktəbinin həm Azərbaycan, həm də rus bölməsi üzrə 1-ci siniflərinə uşaqların qəbulu müsabiqə yolu ilə aparılacaq".

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin "facebook" hesabı üzərindən keçirdiyi canlı yayımda çıxış edən Agentliyin baş məsləhətçisi Fərid Bilişzadə deyib.

Onun sözlərinə görə, uşaqların qəbulu zamanı heç bir prioritet üzrə üstünlük nəzərə alınmayacaq:

"Bakı Avropa liseyi, Respublika İncəsənət gimnaziyası və Bülbül adına orta ixtisas musiqi məktəblərinin tədris Azərbaycan dilində aparılan I siniflərinə qəbul uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında həyata keçirilir. Qeyd olunan təhsil müəssisələrinin rus bölməsi üzrə birinci siniflərinə qəbul isə həmin dil üzrə şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsahibə və uşaqların xüsusi hazırlıqlarının yoxlanılması məqsədilə təşkil olunan müsabiqə komissiyalarının rəyi əsasında aparılır".

Agentlik rəsmisi onu da vurğulayıb ki, "Ankara məktəbi" məktəb-lisey, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, “Zəngi” liseyi və 160 nömrəli klassik gimnaziyanın rus bölməsinin 1-ci siniflərinə prioritetlər üzrə üstünlüyü olmayan uşaqların qəbulu müsabiqə yolu ilə aparılır.

F.Bilişzadənin sözlərinə görə, müsabiqələr 24 iyun tarixindən 01 iyul tarixinədək keçiriləcək.

Qeyd edək ki, mayın 1-dən 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək. Qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq. 

Gülşən Şərif


SON XƏBƏRLƏR

05 May 2024
04 May 2024