• Bakı 15° C

    6.95 m/s

  • USD - 1.7

    EUR - 1.9044

    RUB - 2.125

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

DÜNYA

16 May 2025 | 11:25

Bu ölkədə fövqəladə vəziyyət elan edildi

Kanadada fövqəladə hal elan olunub.

Bakıvaxtı.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Məlumata görə, buna səbəb Kanadanın Manitoba əyalətində yerləşən Whiteshell Eyalət Parkında baş verən meşə yanğınları olub. Belə ki, güclü alovlar səbəbindən iki nəfər həyatını itirib, bölgədə təxliyə tədbirlərinə başlanılıb.

Manitoba əyalətinin Baş naziri Vab Kinew ölüm hallarını təsdiqləyib. Onun sözlərinə görə, təxliyələrin təhlükəsiz şəkildə həyata keçirilməsi yanğınlara qarşı mübarizədə mühüm rol oynayacaq.

Hazırda ərazidə fövqəladə xidmət orqanları gücləndirilmiş rejimdə fəaliyyət göstərir.

Alidə Məmmədova

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi

Bakıvaxtı.az


SON XƏBƏRLƏR