• Bakı 14° C

    6.05 m/s

  • USD - 1.7

    EUR - 1.8043

    RUB - 0.0181

Bu ölkədə meymun çiçəyinə 4 yoluxma qeydə alındı

DÜNYA

23 May 2022 | 15:11

Bu ölkədə meymun çiçəyinə 4 yoluxma qeydə alındı

Almaniya Səhiyyə Nazirliyi ölkədə meymun çiçəyinə 4 yoluxma halının olduğunu təsdiqləyib.

Bakıvaxtı.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Berlində keçirilən brifinqdə nazirliyin nümayəndəsi bildirib.

“İndiyə qədər Almaniyada dörd təsdiqlənmiş yoluxma halı var. Xəstələrin təmaslarını və xəstəliyin potensial yayılma yollarını nəzərə alaraq yeni yoluxma hallarının olacağını proqnozlaşdırmaq mümkündür. Pasiyentlərin əksəriyyəti xəstəliyi asan keçirir. Mövcud məlumatlara görə, xəstəliyin ötürülməsi yalnız yaxın təmas zamanı mümkündür. Ona görə də indi virusun yayılma sürətinin orta səviyyədə olacağını düşünürük”, - Almaniya Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi vurğulayıb.

Onun sözlərinə görə, hazırda Almaniya əhalisi üçün meymun çiçəyi virusuna yoluxmaq təhlükəsi orta səviyyədə qiymətləndirilir.

Qeyd edək ki, Böyük Britaniya, İsveç, İtaliya, Fransa, Avstraliya, Kanada, Almaniya və İspaniya da daxil olmaqla, bir sıra ölkələrdə meymun çiçəyinə yoluxma halları müəyyən edilib.


SON XƏBƏRLƏR