• Bakı 28° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8972

    RUB - 0.0186

Bu ölkədən olan avtomobillərin Litvaya girişi qadağan olundu

DÜNYA

17 Iyul 2024 | 16:30

Bu ölkədən olan avtomobillərin Litvaya girişi qadağan olundu

Litva sərhədçiləri Belarus dövlət nömrə nişanlı avtomobilləri Litvaya buraxmayacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın gömrük idarəsi məlumat yayıb.

Məlumata görə, Litva iyulun 18-dən Belarus nömrəli minik avtomobillərinin girişini bağlayacaq.

“Belarus dövlət nömrə nişanlı avtomobillərin Aİ ərazisinə, o cümlədən Litvaya girişinə qadağa qoyulması haqqında qərar Aİ tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq qəbul edilib”.

Qeyd olunub ki, Baltikyanı respublikanın ərazisində yerləşən belə qeydiyyatı olan avtomobillər altı ay ərzində, yəni yanvarın 18-dək Litvanı tərk etməli olacaqlar.

Mina Mikayılova


SON XƏBƏRLƏR