• Bakı 17° C

    1.96 m/s

  • USD - 1.7

    EUR - 1.9937

    RUB - 2.035

Bu rayonda elektrik olmayacaq

CƏMİYYƏT

29 Sentyabr 2025 | 21:31

Bu rayonda elektrik olmayacaq

Kəngərli rayonunda elektrik enerjisinin verilişində fasilələr olacaq.

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən Bakıvaxtı.az-a verilən məlumata görə, 110/35/10 kilovoltluq "Qıvraq" yarımstansiyasında cari təmir işləri aparılacaq.

Bu səbəbdən "Qıvraq" yarımstansiyasından qidalanan 35 kilovoltluq "Qarabağlar" hava elektrik verilişi xəttində də texniki işlər görüləcək. Nəticədə sabah saat 11:30-dan 12:30-a qədər Kəngərli rayonunun Qıvraq qəsəbəsində və bir sıra kəndlərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işləri davam etdirilir.


SON XƏBƏRLƏR