İsrail Baş naziri Benyamin Netanyahu HƏMAS rəhbərliyini məhv etmək məqsədilə Dohaya edilən son hücuma görə Qətərin Baş nazirindən üzr istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail televiziyasının "12-ci kanalı" məlumat yayıb.
Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla görüşü zamanı Əl-Tani ilə telefon danışığı apardığı və sentyabrın 9-da Qətərin paytaxtına hücuma görə üzr istədiyi vurğulanıb.
Telekanalın mənbəsi onu da bildirib ki, İsrailin Baş naziri hücumda Qətər təhlükəsizlik xidmətinin əməkdaşının ölümündən təəssüfləndiyini bildirib.