• Bakı 14° C

    4.49 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Bu tarixdə Azərbaycana yaz gəlir

CƏMİYYƏT

06 Mart 2023 | 11:39

Bu tarixdə Azərbaycana yaz gəlir

2023-cü ildə yaz fəsli Azərbaycana 21 Mart saat 01:24-də daxil olacaq.

Bu barədə Bakıvaxtı.az-a Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.

Qeyd edilib ki, bu zaman gecə ilə gündüz bərabərləşəcək. Günəş ekliptika üzrə hərəkət edərək cənub yarım kürəsindən şimal yarım kürəsinə keçəcək. Həmin andan etibarən Şimal yarım kürəsində yaz fəsli başlayacaq.

Qeyd edək ki, şimal yarımkürəsində yaz fəsli iyun ayının 21-ə qədər davam edəcək. İyunun 21-i saat 18:57-də bahar əvəz edəcək. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən kiçik bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta vaxtı üfüqdən maksimum hündürlükdə (73⁰.1) olur. Həmin gün ən uzun gündüz və ən qısa gecə olur. Gündüzün uzunluğu 15 saat 3 dəq. 24 san., gecənin uzunluğu isə 8 saat 56 dəq. 36 san. olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Noyabr 2026