• Bakı 11° C

    3.7 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Bu tələbələrə hərbi xidmətdən möhlət hüququ verilə bilər

CƏMİYYƏT

05 May 2023 | 15:04

Bu tələbələrə hərbi xidmətdən möhlət hüququ verilə bilər

"Orta ixtisas təhsili müəssisələrində oxuyan tələbələrə hərbi xidmətdən möhlət hüququnun verilməsi ilə bağlı təkliflərimizi həm Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə, həm də digər aidiyyəti qurumlara göndərmişik".

Bakıvaxtı.az xəbər verir ki, bunu açıqlamasında elm və təhsil nazirinin müavini İdris İsayev deyib.

O bildirib ki, burada tam möhlət hüququnun verilməsindən söhbət getmir:

"Bildiyiniz kimi təhsil proqramını bitirməmiş tələbələri müddətli həqiqi hərbi xidmətə çağırırlar. Təklifimiz odur ki, onlar proqramı bitirdikdən sonra hərbi xidmətə getsinlər. Lakin təklifimizi nə dərəcədə dəyərləndirəcəklərini deyə bilmərəm". /APA


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

26 Noyabr 2026