• Bakı 18° C

    4.18 m/s

  • USD - 1.7

    EUR - 1.9093

    RUB - 1.9998

Bu vərdişlər dərinizi vaxtından əvvəl qocaldır

CƏMİYYƏT

05 Oktyabr 2022 | 16:06 | Müəllif: Qalib İbrahimoğlu

Bu vərdişlər dərinizi vaxtından əvvəl qocaldır

"Phanes Beauty" şirkətinin İdarə Heyətinin sədri Ahmet Akın sağlam dəri üçün edilməsi lazım olanları açıqlayıb və xəbərdarlıq edib.

Bakıvaxtı.az xəbər verir ki, bəzi tətbiqlərin dəriyə zərər verdiyini, məsamələri bağladığını və dərinin vaxtından əvvəl qocalmasına səbəb olduğunu deyən Ahmet Akın həddindən artıq şəkər istehlakının da dəri üçün zərərli olduğunu bildirib: “Araşdırmalarımıza görə, şəkər istehlakı dərinin vaxtından əvvəl qocalmasına səbəb olur və dərinin qocalma prosesini sürətləndirir. Şəkər ehtiyacının daha çox meyvə və təbii qidalardan ödənilməsi dərinin qocalmasını gecikdirir. Həmçinin, isti su və ya buxar tətbiqləri də dərinizə ən çox zərər verən vərdişlər arasındadır. Dərinizi isti su ilə təmizləsəniz, dərinizdəki məsamələrin genişlənməsinə, dəridə qıcıqlanma və qızartılara səbəb ola bilərsiniz”.

A.Akın qeyd edib ki, “fast food” yemək dəri üçün çox zərərlidir. Onun sözlərinə görə, “fast food” dəriyə ciddi zərər verə biləcək maddələrlə doludur. Bunlara trans yağlar, doymuş yağlar, qida boyaları, kimyəvi maddələr, duz və şəkər daxildir: ”Onları istehlak etdikdə sızanaq, qırışlar və dəri quruluğu kimi problemlərlə qarşılaşa bilərsiniz. Bu, dərinizin vaxtından əvvəl qocalmasına səbəb olacaq. Bu vəziyyətin qarşısını almaq üçün sızanaqlarınızı sıxmaq yerinə bir mütəxəssisin tövsiyəsi ilə uyğun bir qulluq və ya müalicə üsulu tətbiq etmək çox daha yaxşı olar. Dərinizin nəm balansını təmin edərək çox ovuşdurmadan zərif və hissəciksiz pilinqlərdən istifadə edərək ölü dərini atmaq daha doğru olar. Dəriniz qurudur və soyulursa, heç vaxt peeling etməməlisiniz”.

Aytac Aslan


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR