M4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 35.6-cı km-də avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
Bu barədə Bakıvaxtı.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, bu, yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədardır. Qeyd olunub ki, bununla əlaqədar mayın 30-da saat 00:00-dan 07:00-dək qeyd olunan hissədə avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə hissə-hissə qismən məhdudlaşdırılacaq.
















