• Bakı 11° C

    3.24 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Bütün məktəblər əyani təhsilə qayıdıb" - Emin Əmrullayev

CƏMİYYƏT

13 Aprel 2022 | 11:13

"Bütün məktəblər əyani təhsilə qayıdıb" - Emin Əmrullayev

"Bütün məktəblər əyani təhsilə qayıdıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hazırda distant təhsildə olan məktəb və sinif yoxdur:

"Müəllim və şagirdlər arasında əsaslı yoluxma sayları yoxdur. Nəzərə alsaq ki, gün ərzində ölkə üzrə yoluxma sayları yetərincə azdır, bu səbəbdən ayrı-ayrı yerlərdə tək-tük xəstələnmə halı müşahidə edilə bilər. Hesab edirəm ki, mövcud şəraitdə məktəblərdə ciddi problem yaşanmır" - deyə nazir qeyd edib.

Nazir xatırladıb ki, ali təhsil müəssisələrində hazırda bəzi istisnalarla tədris ehtiyatlı şəkildə həyata keçirilir, məktəb və bağçalarda isə pandemiya şərtləri Nazirlər Kabineti yanında Operativ Qərargahın ən son qaydalarına əsasən təşkil edilir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026