• Bakı -0° C

    15.2 m/s

  • USD - 1.7

    EUR - 1.7732

    RUB - 1.8979

BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb

CƏMİYYƏT

18 Fevral 2025 | 14:39

BYD-nin Azərbaycanda avtobus istehsalına nə vaxt başlayacağı açıqlanıb

Sumqayıt Kimya Sənaye Parkında Çinin BYD şirkətinin elektrik mühərrikli avtobusların istehsalı müəssisəsi bu ilin may ayında fəaliyyətə başlayacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Parkı idarə edən İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.

Məlumata görə, ərazidə tikinti işləri tam icra edilib, müəssisə infrastrukturla tam təmin edilib. Yaxın günlərdə zavodda avadanlıq quraşdırılacaq.

İllik istehsal gücü 500 ədəd elektrik avtobusu təşkil edəcək müəssisədə ilkin mərhələdə bir istehsal xəttində 5 ədəd avtobus yığılacaq. Növbəti ildən lokallaşdırma işlərinin daha da dərinləşdirilməsi və 2030-cu ilə qədər BYD markalı elektrik avtobuslarına təlabatın 40 %-nin lokallaşdırılma hesabına ödənilməsi nəzərdə tutulur.

İnvestisiya dəyəri 29 milyon manat təşkil edən layihə çərçivəsində 600 nəfər işlə təmin olunacaq.


SON XƏBƏRLƏR