• Bakı 23° C

    3.87 m/s

  • USD - 1.7

    EUR - 1.8227

    RUB - 0.0185

CASCFEN 22-ci ilinə yeni planlarla qədəm qoyur

CƏMİYYƏT

19 Mart 2024 | 16:15

CASCFEN 22-ci ilinə yeni planlarla qədəm qoyur

“Bu günlər bütün türk dünyası gözəl və qədim bayramlardan biri olan Novruzu qeyd edir. Novruz bizim - “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin (CASCFEN) üzvləri üçün isə ikiqat bayramdır. Çünki öz fəaliyyəti ilə həm Azərbaycanda, həm də türk dünyasında fərqlənən təşkilatlardan biri olan CASCFEN 21 il öncə məhz Novruz günlərində təsis edilib”.

Bu barədə Bakıvaxtı.az-a CASCFEN sədri, Əməkdar jurnalist, BAYRAQDAR MEDİA-nın baş redaktor müavini, Mətbuat Şurası Nəzarət-Təftiş Komissiyasının katibi Nadir Azəri deyib.

Onun sözlərinə görə, CASCFEN 2003-cü il 18-20 martda Bakıda keçirilən regional konfransın sonunda təsis edilib:

“2010-cu ildən sonra isə təşkilatın fəaliyyətində yeni yanaşma sərgilənib. CASCFEN-in işinin daha səmərəli qurulması üçün yenidən təsis edilməsi qərara alınıb və o, Azərbaycan qanunlarına uyğun olaraq 7 iyun 2012-ci il tarixində yenidən qurulub. Bundan sonra təşkilat 29 iyun 2012-ci ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb”.

Açıqlamasında 2017-ci ilin aprelindən CASCFEN-ə sədrlik etdiyini də xatırladan Nadir Azəri deyib:

“Təşkilat Azər Həsrətin təşəbbüsü ilə qurulub. Onu da xüsusi vurğulayım ki, 2003-cü ilin 20 mart tarixindən 2017-ci ilin aprelinə qədər Azər Həsrət CASCFEN-ə sədrlik edib. Həmin tarixdən bu günə qədər isə bu təşkilata sədrliyi mən edirəm”.

N.Azəri bildirib ki, qarşıdakı qısa zaman ərzində CASCFEN sədrinin yanında Məşvərət Məclisi formalaşdırmaq niyyətindədirlər:

“Azərbaycanın və digər türk dövlətlərinin ziyalıları, ictimai-siyasi xadimləri, millət vəkilləri, o cümlədən iş adamlarının daxil olacağı Məşvərət Məclisi bizə türk dünyası ilə bağlı fəaliyyətlərimizdə məsləhətlər verəcək, lazım olanda təkliflərlə çıxış edəcək. Artıq millət vəkili Vüqar İskəndərov, Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Dr. Yücel Karauz, UNEC Türk Dünyası İqtisad Fakültəsinin dekanı Prof. Dr. Mehmet Yüce, iş adamı, türk dünyası sevdalısı Fikrət Əliyev Məşvərət Məclisində təmsil olunmağa razılıq verib. Hazırda digər türk dövlətlərindən də təmsilçilərin Məşvərət Məclisində təmsil olunması istiqamətində fəaliyyətimiz davam edir. Bundan başqa, yaxın müddət ərzində Orta Asiyadan olan bəzi QHT-lərlə yeni əməkdaşlıq əlaqələrinin qurulması nəzərdə tutulub”.


SON XƏBƏRLƏR

26 Aprel 2024