• Bakı 23° C

    10.48 m/s

  • USD - 1.7

    EUR - 1.9744

    RUB - 2.1116

Cəlilabadda ilin sonuna qədər 25 küçə asfaltlanacaq

CƏMİYYƏT

27 Avqust 2025 | 19:43

Cəlilabadda ilin sonuna qədər 25 küçə asfaltlanacaq

 Cəlilabad rayonunda asfalt örtüyü olmayan, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan küçələrdə asfaltlanma işləri aparılır.

Bakıvaxtı.az-ın məlumatına görə, ilin sonunadək Cəlilabad şəhəri üzrə 19, Göytəpə şəhəri üzrə 6 küçənin asfaltlanması üçün müvafiq layihə-smeta sənədləri hazırlanıb.

Qeyd edək ki, hazırda şəhid Məhərrəm Hüseynov, şəhid Əliyev Camal, şəhid Vüqar Mürsəlov, Kərim Kərimov, Səməd Vurğun, Əlixan Rəhimov, Vüqar Niftullayev, Nazim Hikmət, Məlik Quliyev və Dədə Qorqud küçələrində asfalt örtüyünün salınması üçün hazırlıq işlərinə başlanılıb.


SON XƏBƏRLƏR