• Bakı 25° C

    4.39 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Cəlilabadda sərnişin avtobusu qəzaya uğrayıb

HADİSƏ

26 Fevral 2025 | 13:59 | Müəllif: Əli Hüseynov

Cəlilabadda sərnişin avtobusu qəzaya uğrayıb

Cəlilabad rayonunda sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az Report-a istinadla xəbər verir ki,  Muğan bürosunun məlumatına görə, qəza Cəlilabad-Uzuntəpə kənd yolunda qeydə alınıb.

Məlumata görə, rayon mərkəzinə sərnişin daşıyan "Mercedes" markalı marşrut avtobusu hərəkətdə olarkən qəfil qarşısına çıxan "Lada-Priora" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində hər iki nəqliyyat vasitəsi ciddi zədələnib.

Qəzada sərnişinlərdən biri, 65 yaşlı Hüseynova Lalə müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, yaralının müalicəsi bir müddət davam edəcək.

Hadisə şahidlərinin sözlərinə görə, yolun buz bağlaması səbəbindən sürücülər qəzadan qaçmaq imkanına malik olmayıblar.

Qəza ilə bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Sentyabr 2026