• Bakı 21° C

    3.84 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Cəngəllikdə 417 qədim Maya şəhəri aşkar edilib

DÜNYA

22 May 2023 | 12:53

Cəngəllikdə 417 qədim Maya şəhəri aşkar edilib

Qvatemalada alimlər sıx meşəlik ərazidə eramızdan əvvəl 1000-ci ilə aid 417 Qədim Maya şəhərini kəşf edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ-Qvatemala birgə arxeoloji tədqiqatının tədqiqatçıları “Washington Post” qəzetinə bildiriblər. Tədqiqatçılar təxminən 3000 il əvvələ aid 177 kilometr “magistral” ilə birləşən 417 şəhər aşkar etdiklərini açıqlayıblar

Bu kəşf tarixçiləri qədim Maya sivilizasiyası haqqında bildiklərini yenidən düşünməyə vadar edir. Qəzet yazır ki, yollar və şəhərlər şəbəkəsinin, hidravlik sistemlərin və kənd təsərrüfatı infrastrukturunun kəşfi Mərkəzi Amerikada yaşayan icmaların indi əvvəllər düşünüldüyündən daha çox inkişaf etdiyini göstərir.

Minlərlə ildir sıx meşə örtüyü altında gizlənən strukturların üzə çıxarılaraq qabaqcıl bir radar texnologiyası ilə xəritələndiyi və tapıntıların Amerika qitəsinin tarixi ilə bağlı bilinənləri dəyişdirə biləcəyi ifadə edilib.

Sənədə görə, bu tapıntılar “sosial-iqtisadi təşkilatı və siyasi gücü” əks etdirir.

Komanda ABŞ və Qvatemala alimləri ilə birlikdə 2015-ci ildən Mərkəzi Amerikadakı bölgənin xəritəsini çəkir və qədim bitki örtüyü kimi ən xırda detalları üzə çıxarmaq üçün arxeoloji lazer xəritəsində mühüm texnika olan lidar texnologiyasından istifadə edir.

Araşdırmaya görə, bu texnologiya alimlərə qədim bəndləri, su anbarlarını, piramidaları, platformaları, yol şəbəkələrini və hətta top meydançalarını görməyə imkan verib.

Qvatemala şəhərindəki San-Karlos Universitetinin arxeoloqu və məqalənin həmmüəllifi Enrike Hernandez bildirib ki, layihə üzərində daha da iş aparılsa, bu, Misir piramidaları qədər təsirli bir tarixi kəşfə çevrilə bilər.

Ay Tac


SON XƏBƏRLƏR

06 Iyun 2025