• Bakı 12° C

    6.79 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

Litvaya hərbi texnika göndərildi

DÜNYA

21 Iyun 2023 | 12:34

Litvaya hərbi texnika göndərildi

İspaniya NATO-nun Vilnüsdə keçiriləcək sammitinin təhlükəsizliyinin təmin olunması üçün Litvaya “NASAMS” zenit-raket kompleksi göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumatı İspaniyanın “ABC” qəzeti yayıb.

Kompleks İspaniyanın Latviyada yerləşən Lielvarde hərbi bazasından göndəriləcək.

Bununla yanaşı, tədbirin təhlükəsizliyinin təşkili məqsədilə hərbi bazadan təqribən 85 ispaniyalı hərbçi də Litvaya yollanacaq.

Daha əvvəl yayılan məlumata görə isə, Almaniya sammitin mühafizəsi üçün Slovakiyadan “Patriot” zenit-raket kompleksini Litvaya göndərəcək.

Qeyd edək ki, NATO sammiti Vilnüsdə iyulun 11-12-si baş tutacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR