• Bakı 13° C

    8.31 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatdı

     

    CƏMİYYƏT

    07 Fevral 2024 | 14:41

    Cənubi Koreyada Azərbaycan prezidenti seçkiləri ilə bağlı səsvermə başa çatdı

    Növbədənkənar Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar ölkəmizin Koreya Respublikasındakı səfirliyində yaradılan seçki məntəqəsində səsvermə başa çatıb.

    Bakıvaxtı.az xəbər verir ki, yerli vaxtla səhər saat 8:00-da (Bakı vaxtı ilə 03:00) başlayan səsvermə saat 19:00-da (Bakı vaxtı 14:00) yekunlaşıb.

    Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və dövlət suverenliyinin bərpasından sonra ölkəmizdə keçirilən ilk seçki olan növbədənkənar prezident seçkilərində ölkə hüdudlarından kənarda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətlərdə olan Azərbaycan vətəndaşlarının səsvermə hüquqlarının təmin olunması məqsədilə 37 ölkədə 49 seçki məntəqəsi yaradılıb. Bu məntəqələr üzrə 23 minə yaxın seçici siyahıya alınıb. Ölkələrin yerli saat qurşaqlarına uyğun olaraq, dünya üzrə Cənubi Koreyada başlayan səsvermə prosesi ölkəmizin ABŞ-ın Los-Anceles şəhərindəki baş konsulluğundakı məntəqədə başa çatacaq

     

    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    23 Noyabr 2026