• Bakı 22° C

    4.27 m/s

  • USD - 1.7

    EUR - 1.8905

    RUB - 0.0186

Cessi Linqardla bağlı araşdırmalara başlanıldı

İDMAN

17 Sentyabr 2024 | 16:12

Cessi Linqardla bağlı araşdırmalara başlanıldı

Cənubi Koreyanın “Seul” klubunda çıxış edən Cessi Linqardın lisenziyasız elektrikli skuter sürməsi ilə bağlı araşdırmalara başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə bazar ertəsi, yerli vaxtla təxminən 22:00 radələrində yaşanıb.

31 yaşlı yarımmüdafiəçi sosial şəbəkədə elektrikli skuterlə getməsi barədə paylaşım etsə də, tezliklə onu silib. Cənubi Koreya polisi hazırda futbolçunun sərxoş, həmçinin beynəlxalq sürücülük vəsiqəsinin olub-olmadığını yoxlayır.

2021-ci ildən etibarən Cənubi Koreyada elektrikli skuterləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunur.

Qeyd edək ki, "Mançester Yunayted"in sabiq futbolçusu 2023-cü ilin yayında Böyük Britaniyada sürət həddini aşdığına və sərxoş halda avtomobil idarə etdiyinə görə bir il yarım sürücülük hüququndan məhrum edilib.


SON XƏBƏRLƏR

18 Sentyabr 2024