• Bakı 6° C

    0.97 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Çexiyada "Qarabağ" azarkeşləri üçün 627 bilet ayrılıb

İDMAN

20 Avqust 2022 | 12:30 | Müəllif: Subhan Mahmudov

Çexiyada "Qarabağ" azarkeşləri üçün 627 bilet ayrılıb

"Qarabağ"ın UEFA Çempionlar Liqasının pley-off mərhələsində Çexiyanın Plzen şəhərində "Viktoriya"ya qarşı keçirəcəyi cavab matçında azərbaycanlı azarkeşlər üçün sektor ayrılıb.

Bakıvaxtı.az xəbər verir ki,klubun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadənin Report-a verdiyi məlumata görə, bunun üçün 627 bilet satışa çıxarılacaq.

Həmin biletlər "Dusan Arena"nın U12 və U13 sektorları üçün nəzərdə tutulub. Biletlərin qiyməti 25 avrodur. Həmin biletlərin satışı yalnız oyun günü – avqustun 23-də həyata keçiriləcək.

Xatırladaq ki, çexiyalı azarkeşlərin gələ bilməməsi səbəbindən tərəflərin Bakıda keçirilmiş ilk matçında "Viktoriya" tərəfdarlarsız oynamalı olmuşdu. "Qarabağ" isə Çexiya çempionunun razılığına əsasən, qonaq komanda azarkeşləri üçün nəzərdə tutulmuş 2500 bileti satışa çıxarmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR