• Bakı 15° C

    7.08 m/s

  • USD - 1.7

    EUR - 1.8669

    RUB - 2.0809

Ceyhun Bayramov qazax həmkarı ilə telefonla danışdı

CƏMİYYƏT

07 Fevral 2024 | 14:25

Ceyhun Bayramov qazax həmkarı ilə telefonla danışdı

Bu gün xarici işlər naziri Ceyhun Bayramov və Qazaxıstan Respublikasının formalaşmış hökumətində yenidən təyin olunmuş baş nazirin müavini, xarici işlər naziri Murat Nurtleu arasında telefon danışığı baş tutub.

XİN-dən Bakıvaxtı.az-a bildirilib ki, həmkarını Qazaxıstan Respublikasının baş nazirinin müavini, xarici işlər naziri vəzifəsinə yenidən təyin edilməsi münasibətilə təbrik edən nazir Ceyhun Bayramov, ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Azərbaycan və Qazaxıstan arasında mövcud ikitərəfli, o cümlədən, çoxtərəfli əməkdaşlıq gündəliyindən məmnunluqla bəhs edən nazir Ceyhun Bayramov, iki ölkə arasında dostluq, qardaşlıq, həmrəyliyə əsaslanan münasibətlərin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyinə dair əminliyini diqqətə çatdırıb.

Telefon danışığı zamanı, həmçinin Azərbaycan və Qazaxıstan arasında strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif aspektləri, o cümlədən regionda cari vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Noyabr 2026