"Bizim müğənniləriniz artıq qalmaqaldan qaçır. Sosial şəbəkələr çıxandan bəri beziblər elə mövzularla gündəmə gəlmək istəmirlər"
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Leylaqızı qonaq olduğu verilişlərin birində deyib.
Maqazin proqramının çətinliklərindən söz açan aparıcı hətta məhkəməyə qədər gedib çıxdıqlarını açıqlayıb : "Bir aktrisamız var, Çimnaz Sultanova gedib ondan müsahibə aldıq. Sonra isə müğənni Şöhrət Məmmədovdan müsahibə aldıq. Tanınmış ifaçıdır. Şöhrət Məmmədov söz arası dedi ki, Çimnaz xanımı tanımıram. Biz də bunu düzdük qoşduq efirə verdik. Çimnaz xanım çox əsəbləşdi. Məhkəməyə qədər gedib çıxacaqdıq".
Aparıcı sonda qeyd edib ki, artıq məsələ həll olunub: "İndi Çimnaz xanımla münasibətimiz yaxşıdır. Gələn həftə yenə ondan müsahibə alacağıq. Artıq aramız düzəlib. Belə hallar arada olur".
Xəyalə Rza












jpg-1690350762.webp)



