• Bakı 6° C

    0.42 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

"Fırıldaqçı mənə zəng edib dedi ki..."- Məşhur aktrisanın başına iş gəldi

MƏDƏNİYYƏT

26 Iyul 2023 | 11:35

"Fırıldaqçı mənə zəng edib dedi ki..."- Məşhur aktrisanın başına iş gəldi

Türkiyəli məşhur aktrisa Fulya Zenginer sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

Bakıvaxtı.az türk mətbuatına istinadla xəbər verir ki, fırıldaqçılar aktrisaya zəng edərək narahat edib.

Fulya başına gələnləri izəyiciləri ilə bölüşüb: "Zəng edib deyir ki, mən polisəm. Onlar hətta ən kiçik, hər kəsin bildiyi məlumatları deyib adamın ağlını qarışdırır".

"Mənə səhər zəng etdilər və mən "siz fırıldaqçısız" deyəndə məni təhqir etdilər. Telefonunuza gələn zənglərdə diqqətli olun. Hətta ölmüş valideynlərin adından belə istifadə etməyə çalışırlar. Biabırçılıqdır!", -deyə Fulya şərh yazıb. 

Qeyd edək ki, sözügedən aktrisanın 'Küçük Kadınlar' serialında ulduzu parıldayıb.

Xəyalə Rza


"Fırıldaqçı mənə zəng edib dedi ki..."- Məşhur aktrisanın başına iş gəldi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR